
Millimiz Sloveniyaya məğlub oldu
- 01 İyn 2025 21:25
- 74
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında ilk turda növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Bakıda təşkil olunan turun son matçında komandamız Sloveniya yığması ilə qarşılaşıb. Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz növbəti turun oyunlarını 6-8 iyun tarixlərində Slovakiyada keçirəcək. Komandamızın rəqibləri ev sahibilə yanaşı Monteneqro millisi olacaq.
Avropa Qızıl Liqası
1 iyun
Azərbaycan - Sloveniya 0:3 (16:25, 18:25, 23:25)