Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Rekord.az xəbər verir ki, Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. 

Millimizin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib.