
Millimiz Slovakiyaya yollanıb
- 03 İyn 2025 11:19
- 73
Avropa Qızıl Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Slovakiyaya yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamız burada yarışın 2-ci turunun oyunlarını keçirəcək.
Bu turun qarşılaşmaları 6-8 iyun tarixlərində Bratislavada təşkil oluncaq. Rəqiblərimiz Slovakiya və Monteneqro komandaları olacaq.