17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.


Rekord.az xəbər verir ki, U-17 Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0.


Aqil Nəbiyevin rəhbərlik etdiyi milli oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.