21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxıb.

Rekord.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gəlib. 

Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda baş tutub. Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edib. Meydan sahibləri bu oyunda 5 cavabsız qola seviniblər.

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.

Portuqaliya – Azərbaycan 5:0
Qollar: Rodriqo Mora, 48, Covanni Queda, 52, Leonardo Barroso, 57, Karlos Forbs, 73, Vivaldo Semedo, 90+3.
Baş hakim: Konstantinos Fellas
Baş hakimin köməkçiləri: Pavlos Georgiu, Giorgios Çaralampus
Dördüncü hakim: Dimitris Solomu
(Hakimlər briqadası Kiprdəndir)
Barseluş şəhər stadionu. Saat 22:30.