
Millimiz Millətlər Liqasında ikinci yeri tutdu
- 01 May 2025 22:00
- 29
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.
Rekord.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda təşkilatçı ölkənin təmsilçisi ilə qarşılaşıb.
Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.
Xatırladaq ki, yığmamız ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.