Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda finalda Rusiya ilə üz-üzə gəlib.


Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə millimiz ikinci yerlə kifayətlənməli olub.