Azərbaycan voleybolçuları III MDB Oyunlarında üçüncülük oyununa çıxıblar. "Rekord.az" xəbər verir ki, 15 yaşadək voleybolçu qızlardan ibarət milli komandamız yarışda bürünc medal qazanıb.

Bu gün Gəncə İdman Sarayında keçirilən üçüncü yer uğrunda oyunda Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada millimiz 3:1 hesabı ilə qalib gəlib. Komandamız bu qələbə ilə MDB Oyunlarında üçüncü yeri tutaraq mükafatçılar sırasında yer alıb.

 III MDB Oyunları
 6 oktyabr
 Bürünc medal oyunu

    Azərbaycan – Özbəkistan 3:1 (24:26, 25:20, 25:16, 25:22)