Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.


Rekord.az xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşıb.


Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Millimizin heyətində qolu Ramil Əliyev vurub.