III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib. "Rekord az" xəbər verir ki, bu gün Gəncə İdman Sarayında iki görüş baş tutub.

Günün ilk qarşılaşması Belarus və Özbəkistan yığma komandaları arasında olub. Görüş Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca meydançaya Azərbaycan və Rusiya yığmaları çıxıblar. Bu qarşılaşmada isə 3:0 hesabı ilə Rusiya komandası qalib gəlib.

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.

III MDB Oyunları 

 4 oktyabr 

    Azərbaycan - Rusiya 0:3 (17:25, 20:25, 16:25)