
Millimiz Gürcüstan yığmasına ikinci oyunda uduzdu
- 14:40
- 41
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, U-16 növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında sentyabrın 10-da keçirilən ilk yoxlama oyununda millimiz 1:0 hesablı qələbə qazanıb.