Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığmamız yerli “Vera Tbilisi” komandası ilə qarşılaşıb. Komandamız bu oyundan 67:60 hesabı ilə qalib ayrılıb.

Millimizin heyyətində Endar Poladxanlı -23 xal, Ələkbərov Fikrət - 19 xal, Əkbərov Cəbrayıl isə 17 xal toplayaraq, qələbədə əsas pay sahibi olublar.