Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib. 

Rekord.az xəbər verir ki, komandamız Tiflis İdman Sarayında Gürcüstan millisi ilə qarşılaşıb.

Fasiləyə qədər komandaların cəhdləri nəticəsiz qalıb. İkinci hissədə təzyiqi artıran meydan sahibləri 23-cü dəqiqədə status-kvonu pozublar. Qoldan sonra azı 2 real epizodu əldən verən Kənan Manafov nəhayət 29-cu dəqiqədə rəqib torunu silkələyib. Bu Manafovun əsas millidə ilk qolu olub. Növbəti qol 37-ci dəqiqədə vurulub. Yenə meydan sahibi komanda fərqlənib və qələbə qazanıb.

Millimiz ilk oyunda da bu komandaya 2:3 hesabıyla uduzmuşdu.

Gürcüstan – Azərbaycan 2:1
Qollar: Giorgi Gavtadze, 22:29. İrakli Todua, 36:46 - Kənan Manafov, 28:57.
Hakimlər: Zviad Bliadze, Qoça Taruashvili, Koba Revarişvili
16 aprel. Tiflis İdman Sarayı. Saat 19:00.