Tiflis şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Azərbaycan millisi 0:1 hesabı ilə məğlub olub.

Bu komandalar arasında növbəti oyun yanvarın 29-da keçiriləcək.