
Millimiz FİFA reytinqində 12.1 xal itirəcək
- 30 Mar 2022 13:40
- 518
Futbol üzrə Azərbaycan millisi Malta və Latviya ilə yoxlama oyunlarının nəticəsinə (hər ikisi 0:1) görə xal itirib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığması iki yoxlama oyununa görə 12.1 xal itirəcək.
Ötən reytinqdə 1139 xalla 121-ci olan milli komandanın aktivi 1126.9-a qədər azalıb.
FİFA-nın milli komandaların reytinq siyahısı martın 31-də açıqlanacaq.