
Millimiz bu gün AÇ-də növbəti oyununu keçirəcək
- 11 Mar 2022 10:43
- 470
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, millimiz saat 15:00-da başlayacaq oyunda Şimali Makedoniyadan olan yaşıdları ilə qarşılaşacaq.
Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Jurgita Macikunyte (Litva)
Baş hakimin köməkçiləri: Ugne Smitait (Litva), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Blerina Halilay (Albaniya)