Voleybolçu qadınlardan ibarət Azərbaycan yığması Avropa olimpiya təsnifat mərhələsində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Bolqarıstanla üz-üzə gəlib.

Turnirin ilk oyununda olduğu kimi bu qarşılaşmada da voleybolçularımız üçün uğursuz alınıb. 4 hissə davam edən matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Vasif Talıbovun yetirmələri son oyunlarını sabah Polşaya qarşı keçirəcəklər.

 

Avropa olimpiya təsnifat turniri

A qrupu

II tur

   Bolqarıstan - Azərbaycan 3:1 (25:23, 25:19, 21:25, 25:22)