Millimiz Belarusla iki yoxlama görüşü keçirəcək
- 16 Mar 2025 13:00
 - 202
 
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq.
Baş məşqçi İlham Yadullayev toplanış üçün heyətə 21 futbolçu dəvət edib.
S.  | Ad / Soyad  | Klub  | 
1  | Nurəziz Əzizov  | Neftçi  | 
2  | Addis İsmayılov  | Marcet (İspaniya)  | 
3  | Zeyd Nəsirulla  | Herta 03 Zehlendorf (Almaniya)  | 
4  | Atacan Məmmədov  | Marcet (İspaniya)  | 
5  | Rəşad Gülüşov  | Vətən  | 
6  | Uğur Qurbanlı  | Qarabağ  | 
7  | Toğrul Mehdizadə  | Vətən  | 
8  | Hüseyn Bayramov  | Qarabağ  | 
9  | Məhəmməd Mədətov  | Vətən  | 
10  | Fərid Cavadlı  | Qarabağ  | 
11  | Allahverdi Şirinov  | Qəbələ  | 
12  | Musa Mustafayev  | Zirə  | 
13  | Nihad Cəfərzadə  | Sabah  | 
14  | Nihat Şirinzadə  | Vətən  | 
15  | Nihad Hüseynzadə  | Sabah  | 
16  | Əli Bəşirov  | Qarabağ  | 
17  | İbrahim Xəlilov  | Sabah  | 
18  | Samir Şərifov  | Vətən  | 
19  | Pünhan Kərimov  | Marcet (İspaniya)  | 
20  | Nicat Kərimov  | Vətən  | 
21  | Riad Qaradağlı  | Qarabağ FK  |