18-23 iyul tarixlərində Andorrada 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları baş tutacaq.

Rekord.az xəbər verir ki, B qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz Andorra, Albaniya və Moldova yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 18 iyul Bakı vaxtı ilə saat 21:30-da yerli Andorra yığmasına qarşı olacaq.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi "Youtube" hesabından canlı olaraq yayımlanacaq.