Millimiz Avropa çempionatında mübarizəni 1/8 finalda dayandırdı
- 22:04
- 27
Qadin voleybolculardan ibarət Azərbaycan millisi Avropa çempionatında çıxışı başa vurub. "Rekord.az" xəbər verir, komandamız mübarizəni 1/8 finalda dayandırıb.
Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız bu mərhələdə Türkiyə ilə qarşılaşıb. İstanbulda təşkil olunan görüşdə rəqib 3:0 hesabı ilə üstün olub. Bununla da millimiz qitə birinciliyini 16-ci yerdə başa vurub.
Qeyd edək ki, qrup mərhələsi 21-28 avqust tarixlərində baş tutub. C qrupuna Azərbaycan ev sahibliyi edib. Bu mərhələdə millimiz Portuqaliya, İspaniya və Rumıniyanı məğlub edib, Belçika və Niderlanda isə uduzub. Qrupda 3-cü yeri tutmuş komandanın 1/8 finalda A qrupunun ikincisi olmuş Türkiyəyə rəqib olub.
Avropa çempionatı
1 sentyabr
1/8 final
Türkiyə - Azərbaycan 3:0 (25:14, 25:16, 25:22)