Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Bakıda 1-ci tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 1-də Sloveniyaya qarşı keçirəcək. Sabah isə Sloveniya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.


Oyunun nəticəsi 

30 may 

Macarıstan - Azərbaycan 3:0 (25:13, 25:22, 25:20)