Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi gələn il baş tutacaq avropa çempionatının seçmə mərhələsində mübarizəyə yanvarda başlayacaq. "Rekord.az" xəbər verir ki, voleybolçularımız F qrupunda yer alıblar.

Komandamızın rəqibləri Gürcüstan, Monteneqro və Yunanıstan kollektivləridir. 

İlk olaraq I dövrənin oyunları Gürcüstanda 7-9 yanvar tarixlərində təşkil olunacaq. Təsnifat mərhələsinin II dövrəsinin qarşılaşmaları isə 15-17 yanvar tarixlərində Monteneqroda keçiriləcək.

Avropa çempionatı 2021, təsnifat mərhələsi
F qrupu
I dövrə

7 yanvar
   Azərbaycan - Monteneqro
8 yanvar
   Azərbaycan - Gürcüstan
9 yanvar
   Azərbaycan - Yunanıstan

II dövrə
15 yanvar

   Azərbaycan - Monteneqro
16 yanvar
   Azərbaycan - Yunanıstan
17 yanvar

   Azərbaycan - Gürcüstan