Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.


Rekord.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.


2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.


Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:


11 noyabr 2026-cı il

Almaniya – Azərbaycan


14 noyabr

Şimali İrlandiya – Azərbaycan


17 noyabr

Litva – Azərbaycan


Qeyd: Qrupun oyunları Almaniyada keçiriləcək.