Taekvondo üzrə kişilərdən ibarət milli komandaya yeni böyük məşqçi təyin olunub.

Rekord.az xəbər verir ki, təyinata əsasən, Azərbaycan Taekvondo Federasiyasında kişilərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsi Elnur Amanova həvalə edilib.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.