
Milli komandaların baş məşqçiləri arasında ən çox qazanan mütəxəssis bəlli oldu
- 16:20
- 41
Karlo Ançelotti dünyada milli komandaların baş məşqçiləri arasında ən çox qazanan mütəxəssis olub.
Rekord.az xəbr verir ki, məşhur İtaliya nəşri "La Gazzetta dello Sport" dünyada ən çox qazanan yığma çalışdırıcılarının siyahısını açıqlayıb.
Siyahının ən yuxarı pilləsində 9,5 milyon avro ilə məhz Braziliya millisinin baş məşqçisi dayanıb. İngiltərə millisinə rəhbərlik edən Tomas Tuxel (5,9 milyon avro) ikinci, Almaniyanı çalışdıran Yulian Naqelsmann (4,9 milyon avro) üçüncüdür.
Qeyd edək ki, ilk "10-luq"da həmçinin Fabio Kannavaro (Özbəkistan, 4 milyon avro) Roberto Martines (Portuqaliya, 4 milyon avro), Didye Deşam (Fransa, 3,8 milyon avro), Marselo Byelsa (Uruqvay, 3,5 milyon avro), Ronald Kuman (Niderland, 3 milyon avro), Qustavo Alfaro (Paraqvay, 2,5 milyon avro) və Lionel Skaloni (Argentina, 2,3 milyon avro) yer alıb.