
Milli komandada köhnə-yeni baş məşqçi
- 17 İyn 2023 02:02
- 383
Futbol üzrə ABŞ millisinin yeni baş məşqçisi bəlli olub.
Rekord.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra yığmanı Qreqq Berhalter çalışdıracaq.
49 yaşlı mütəxəssis komandanı 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına hazırlayacaq.
Xatırladaq ki, Berhalter daha əvvəl 2018-2022-ci illər aralığında ABŞ seçməsinə rəhbərlik edib. O, bu komandanı DÇ-2022-də 1/8 finala çıxarıb. Lakin mundialdan sonra amerikalı mütəxəssis yığmadan ayrılmışdı və həmin vaxtdan işsiz idi.