Qadın voleybolçular arasında Millətlər Liqasında yarımfinalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki, çempionluq uğrunda mübarizəni üç qitənin nümayəndələri davam etdirəcək.

1/4 finalda ABŞ-ni məğlub edən İtaliya, Çinə qalib gələn Polşa, Türkiyəni üstələyən Yaponiya və Almaniya məğlub edən Braziliya yığmaları yarımfinala yüksəliblər.

Beləliklə, yarımfinalda İtaliya - Polşa və Yaponiya - Braziliya qarşılaşmaları baş tutacaq. Bu oyunlar iyulun 26-da keçiriləcək.