
Millətlər Liqası: “Dördlər finalı”nın püşkü atıldı
- 25 Yan 2023 18:16
- 368
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb.
Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal cütləri bəlli olub.
İspaniya İtaliya ilə, Niderland Xorvatiya ilə üz-üzə gələcək.
"Dördlər finalı" 14-18 iyunda Niderlandın Rotterdam və Enshede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.