Gələn həftə "İnvestcorp" şirkəti "Milan"ın səhmlərinə sahib çıxacaq.

Rekord.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, adıçəkilən şirkət bunun üçün 1,8 milyard avrosundan keçəcək. 

"İnvestcorp" şirkəti "rossonyeri"lər üçün yeni stadion da tikdirəcək. Çünki şirkətin sahibi "Milan"ın "İnter"lə eyni stadionda oynamasını istəmir. 

Xatırladaq ki, "Milan" və "İnter" "San Siro" stadionunda ev oyunlarını keçirir.