
“Milan”ın sabiq hücumçusu Türkiyə klubunda
- 04 Fev 2022 17:14
- 499
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Luis Adriano ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Adriano “Antalyaspor”da 70 nömrəli formanı geyinəcək.
Son klubu “Palmeyras” olan braziliyalı hücumçu daha əvvəl”Şaxtyor” (Donetsk, Ukrayna), “Milan” və Moskva “Spartak”ında çıxış edib.