
“Milan”ın hücumçusu İngiltərə klubunda
- 18:20
- 39
“Lids” “Milan”ın hücumçusu Noa Okaforu transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytında açıqlama verib.
25 yaşlı forvard “Lids”lə dörd illik müqavilə imzalayıb. Klubun “Milan”dan transfer olunan Okaforun keçid şərtləri haqqında məlumat vermədiyi qeyd edilib.
Okafor 2024/2025 mövsümünün ikinci yarısında “Napoli”də icarə əsasında çıxış edib. İndi isə isveçrəli futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Mövsümün ilk turunda “Lids” öz meydanında “Everton”u 1:0 hesabı ilə məğlub edib. Komanda növbəti oyunda “Arsenal”la qarşılaşacaq.