“Milan” yeni qapıçı ilə güclənib.

Rekord.az xəbər verir ki, sözügedən klub “Atalanta”dan azad agent kimi ayrılan Marko Sportyellonu heyətinə qatıb. 

İtaliyadan olan 31 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 57 nömrəli formanı geyinəcək.

Sportyello karyerası ərzində “Serenyo”, “Poccibonsi”, “Karpi”, “Fiorentina”, “Frozinone” kimi klubların formasını geyinib.