
"Milan" "Qalatasaray"ın futbolçusunu istəyir
- 16 Noy 2022 16:46
- 403
"Qalatasaray"ın futbolçusu Lukas Torreyra karyerasını İtaliyada davam etdirə bilər.
Rekord.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır.
A Seriyası təmsilçisi 26 yaşlı futbolçu üçün "sarı-qırmızılar"a təklif göndərib.
"Milan" Uruqvay yığmasının üzvünü icarəyə götürmək üçün 2 milyon avro təklif edib. İtalyanlar futbolçunu birdəfəlik almaq üçün isə 12-13 milyon avro ödəməyə hazırdır.
"Qalatasaray" Lukas Torreyronu mövsümün əvvəlində "Arsenal"dan transfer edib. Təcrübəli oyunçu İstanbul klubunun heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.