
“Milan” Bennaseri icarəyə verdi
- 16:20
- 38
“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Zaqrebi “Dinamo”sunda davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə Xorvatiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi futbolçunu "Dinamo"ya icarəyə verib. 27 yaşlı əlcəzairli ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
İsmaelin "Milan"la müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
Bennaser ötən mövsümün ikinci yarısında Marsel “Olimpik"ində (icarə) çıxış edib. O, 12 matçda 2 məhsuldar ötürmə verib.