
“Meydana qələbə üçün çıxmışdıq” - Çodarov
- 09 Sen 2025 21:20
- 49
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Bolqarıstana qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Oyunu ümumi olaraq yüksək qiymətləndirirəm. Çalışdıq ki, məşqdə etdiklərimizi həyata keçirək. Komanda sona qədər mübarizə apardı, döyüşdü. Meydana qələbə üçün çıxmışdıq. Ən azından 1 xal qazandıq.
Ayxan Abbasovun yoxluğu yüz faiz özünü göstərir. Maksimum dərəcədə çalışdıq ki, bunu hiss etdirməyək.
Bacardığımız qədər çox xal toplayacağıq. Əsas məqsədimiz odur ki, uşaqlar özlərinə inansınlar. Döyüşkən komanda yarada bilsək, inanıram ki, yaxşı xallar yığacağıq”.