Messinin növbəti qolu komandasına yetərli olmadı
- 13:40
- 18
Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunda növbəti qolunu vurub.
Rekord.az xəbər verir ki, 39 yaşlı hücumçu MLS-in müntəzəm mövsümündə evdə "Toronto"ya qarşı keçirdikləri matçda fərqlənib.
Təcrübəli oyunçu 83-cü dəqiqədə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, qarşılaşma "İnter Mayami"nin 1:2 hesablı məğlubiyyəti ilə bitib. Komanda Şərq Konfransında 21 oyundan sonra 39 xalla ikinci pillədə qərarlaşıb.