Leonel Messinin atası Xorxe Messi oğlunun "Barselona"ya dönəcəyi ilə bağlı iddialara cavab verib. 

Rekord.az xəbər verir ki, Kataloniya aeraportunda ona yaxınlaşan "Sport.es"in jurnalistinin məsələ ilə bağlı sualını cavablandıran ulduz futbolçunun atası bunları deyib: "Düşünmürəm ki, Messi "Barselona"ya dönür. Bunun üçün şərait yoxdur. Klubdan heç bir təklif gəlməyib və bizim Laporta ilə heç bir danışığımız olmayıb".

Qeyd edək ki, futbolçunun PSJ ilə müqaviləsi 4 aydan sonra başa çatır və Paris klubu ilə yeni müqavilə haqda heç bir razılıq əldə olunmayıb.