Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-ın “İnter Mayami” klubuna keçidi rəsmiləşib.

Rekord.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçunun özü açıqlama verib:

“Avropa klublarından bir neçə təklifim var idi. Amma mən yalnız "Barselona"da oynamaq istədim. Keçmiş klubum mənə görə bir neçə futbolçusu satmalıydı ki, ora qayıdım. Beləsi doğru olmazdı. Bu məsuliyyəti üzərimə götürmədim.

Pulu seçsəydim, Səudiyyə Ərəbistanına gedərdim. Təklif edilən məbləğ mənə həddindən artıq çox göründü”.

Xatırladaq ki, Messinin sonuncu klubu Fransa PSJ-si olub.