
Messi PSJ-nin 3 oyununu buraxacaq
- 27 Dek 2022 16:20
- 411
PSJ-nin futbolçusu Lionel Messinin komandaya qoşulacağı vaxt müəyyənləşib.
Rekord.az L’Equipe nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu yanvarın 3-də komanda ilə məşqlərə başlayacaq.
Buna görə də Messi Liqa 1-də "Strasburq" (28 dekabr) və "Lans" (1 yanvar), eləcə də Fransa kubokunda "Şatoru" ( 6 yanvar) ilə keçiriləcək matçları buracacaq.
Messinin yanvarın 11-də Liqa 1-in 18-ci turunda "Anje"yə qarşı keçiriləcək matçda oynaması gözlənilir.
Qeyd edək ki, Argentina millisinin heyətində dünya çempionu olan hücumçu hazırda doğma şəhəri Rosarioda istirahətdədir.