Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Venesuelaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, o, gələcəyi ilə bağlı da danışıb: 

"Dünya çempionatından sonra çox şeyi yenidən düşünməli olacağam. Ümid edək ki, komanda layiqli nəticə göstərə biləcək. Mən həmişə, hətta Amerika kubokunu qazanana qədər də milli komandadan razı olmuşam. Hər şey əladır, meydanda və ondan kənarda mənim üçün klubdakından daha asandır. Fanatlar mənə sevgilərini göstərirlər və mən onlara minnətdaram. İndi bütün diqqətimi Ekvadorla oyuna yönəltmişəm”.