Məşqçi seminarının iştirakçıları ilə görüş keçirilib
- 14:25
- 29
Bakıda təşkil olunan Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarının iştirakçıları ilə görüş keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, eləcə də federasiya əməkdaşları iştirak ediblər.
Tədbirdə AVF rəhbəri Şahin Bağırov iştirakçıları salamlayaraq belə beynəlxalq seminarların məşqçilərin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, iştirakçılara uğurlar arzulayıb, onların daim çalışaraq peşəkarlıqlarının artırılması və biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra FIVB-nin məşqçi-instrukturu professor Cengiz Akarçeşme qonaqlara seminarla bağlı ətraflı məlumat verib.
Görüşdə federasiya rəsmiləri də çıxış edərək iştirakçılara uğurlar arzulayıblar, seminarın müvəffəqiyyətlə yekunlaşmasını, bütün iştirakçıların sertifikat əldə etməsini diləyiblər.