
Məsiyev Konfrans Liqasının oyununa təyinat aldı
- 16 İyl 2022 11:46
- 414
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 21-də keçirələcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.