Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Qelfand Azərbaycan Şahmat Federasiyasında olub.

Rekord.az xəbər verir ki, İsrail təmsilçisi gənclərdən və qadınlardan ibarət milli komandanın üzvləri ilə görüşüb.

Şahmatçıları maraqlandıran suallara cavab verən Boris Qelfand təcrübəsini onlarla bölüşüb.

Qeyd edək ki, Boris Qelfand bir neçə gün əvvəl Qəbələdə keçirilən 9-cu “Vüqar Həşimov Memorialı”nda mübarizə aparıb.

Uzun illər İsrail milli komandasında çıxış edən B.Qelfand 2009-cu ildə Dünya Kuboku, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O 2012-ci ildə şahmat üzrə dünya çempionluğu matçında iştirak edib.