Merih Demiralla yeni müqavilə
- 17:30
- 21
"Əl-Əhli" Türkiyə millisinin üzvü Merih Demiralın müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi sözləşmə imzalanıb.
"Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan 17 milyon avroya transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Ciddə təmsilçisinin heyətində meydana çıxdığı 16matçda 1 qol vurub.