Məmmədov klublararası AÇ-də bürünc medal qazandı
- 16:15
- 37
Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
"Atlet" klubunun üzvü gənclər arasında yarışda ikinci yeri tutub.
Xatırladaq ki, daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.