Rusiyalı qapıçı Mehti Cənnətovun "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Rekord.az xəbər verir ki, klub tərəfindən hələ də ona yeni müqavilə təklif olunmayıb.

Əldə etdiyimiz məlumata görə, əlcək sahibi ilə yollar ayrıla da bilər. Buna səbəb dağıstanlının son zamanlar zəif çıxışıdır. Lakin daha dəqiq qərarı mövsümün sonunda baş məşqçi Rəşad Sadıqov verəcək.