Məşhur fransız yarımmüdafiəçi Frank Riberi karyerasını bitirə bilər.

Rekord.az xəbər verir ki, hazırda “Salernitana”da çıxış edən Riberinin komanda ilə müqaviləni vaxtından əvvəl pozacağı və karyerasını bitirəcəyi ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, A seriyasının autsayderində heç bir perspektiv görməyən Frank, klubunu dəyişmək istəsə də, sanballı təklif almayıb. Ona görə də, karyerasını bitirməklə bağlı qərar qəbul edib.

Riberi yaxın günlərdə bu qərarını açıqlaya bilər. Onun İtaliya klubu ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

38 yaşlı futbolçu cari mövsümdə 12 oyunda meydana çıxıb və 2 qol ötürməsi edib.