
Mehdi Cənnətov bu səbəbdən ehtiyatda qalmışdı
- 13 Fev 2023 18:00
- 628
"Səbail"lə oyunda "Zirə"nin qapısını təcrübəli Anar Nəzirov qoruyurdu.
Rekord.az xəbər verir ki, Mehdi Cənnətovun ehtiyatda qalmasının heç bir xüsusi səbəbi yox idi.
Yəni nə cəzalı idi, nə də səhhətində problem var idi. Ehtiyatda qalmasının səbəbi ötən tur "Qəbələ" ilə matçda buraxdığı səhvlər və inamsız oyunu olub. Məhz bu səbəbdən baş məşqçi Rəşad Sadıqov "Səbail"lə oyuna Anara şans vermək qərarına gəlib.