Rusiyanın Kazan şəhərində ilk MDB Oyunlarına start verilib. Rekord.az xəbər verir ki, bu yarışda Azərbaycanın gənc cüdoçularından ibarət komandaları da mübarizə aparacaq.

Kazan turnirində ölkəmiz 16 cüdoçu ilə təmsil olunacaq. Oğlanlar və qızların mübarizəsində Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Elçin Hüseynov, Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Zelim Çkayev (81 kq), Adil Kərimli (100 kq), 
Camal Feyziyev (+100 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Səbinə Əliyeva, Zeynəb Məmmədova (52 kq), Diana Şoranova (63 kq), Südabə Ağayeva (70 kq), Əmirli Nərmin (+78 kq) medallar uğrunda qüvvələrini sınayacaqlar.

Kazanda cüdo yarışları sentyabrın 9-u və 10-da keçiriləcək. Əvvəlcə fərdi mübarizələr, növbəti gün isə qarışıq komanda yarışları təşkil olunacaq. Cüdo turniri Kazan şəhərinin "Ak bars" idman arenasında keçiriləcək.