PSJ-nin futbolçusu Kilian Mbappe Liqa 1-in 15-ci turunda "Oser"lə matça (5:0) ölkənin Altfor kəndində yaşayan 28 uşağı dəvət edib.

Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 24 yaşlı hücumçu uşaqların otel və bilet xərclərini qarşılayıb. 

Sentyabr ayında isə həmin uşaqlar əlavə təhsil mərkəzində Mbappeyəməktub yazmış və ona şəkillərini göndərmişdilər. Bundan sonra isə Mbappenin meneceri bu uşaqlarla əlaqə saxlayıb. Daha sonra onların "Oser"lə matça gəlməsi təşkil olunub.